featured-image-26170

32 yaşlı Xoselu İspaniya millisinin heyətində debüt edib. Msport.az xəbər verir ki, “Espanyol”un hücumçusu AÇ-2024-ün seçmə mərhələsinin Norveçlə oyununda (3:0) dubl edib.

81-ci dəqiqədə meydana çıxan futbolçu 84 və 85-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Xoselu uzun illər Luis Enerikedən milliyə dəvət gözləsə də, yığmanın sabiq baş məşqçisi onu çağırmırdı. Yalnız Luis De la Fuentenin gəlişindən sonra onun üzünə İspaniya millisinin qapıları açıldı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər