featured-image-30345

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın növbəti mövsüm üçün baş məşqçisi ilə bağlı qərar verib.

Msport.az xəbər verir ki, komandanın hazırki çalışdırıcısı Luçano Spalettinin klub prezidenti ilə münasibətlərinin pisləşməsi səbəbindən mövsümün sonunda postunu tərk edə bilər.

De Laurentis komandaya “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperinini gətirmək istəyir.

Napoli təmsilçisi Qasperini ilə iki illik müqavilə imzalamağa hazırlaşır. Məşqçinin maaşı mövsümdə 3-4 milyon avro aralığında olacaq.

Xatırladaq ki, Spalettinin rəhbərliyi altında “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya A Seriyasını qazanıb.

Royal Türksoy

Bənzər xəbərlər