33 ildən sonra
Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn 33 ildən sonra Çempionlar Liqasındakı rekordu təkrarlayıb.
Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu buna Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına 9:2 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin I tur oyununda nail olub.
Sözügedən qarşılaşmada poker edən təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı.