36 yaşında yenidən Avropaya qayıtdı
İslam Slimani karyerasını Belçikada davam etdirəcək. Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu “Vesterlo” klubu ilə müqavilə bağlayıb.
Əlcəzairli hücumçu yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Onun transfer hüquqları Əlcəzairin “Belouizdad” komandasına məxsusdur.
Təcrübəli forvard karyerası ərzində “Sportinq”, “Lester”, “Nyukasl”, “Fənərbaxça”, “Monako”, “Lion”, “Anderlext” kimi klublarda forma geyinib.