featured-image-57910

Uruqvaylı hücumçu Luis Suares “İnter Mayami” klubu ilə müqaviləsini uzadıb. Msport.az xəbər verir ki, 37 yaşlı futbolçunun yeni anlaşması daha bir ili əhatə edir.

“Barselona”nın sabiq forvardı “İnter Mayami”də 37 oyunda 25 qol vurub və 12 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Suareslə birgə ABŞ klubunda Lionel Messi, Jordi Alba, və Serxio Buskets də çıxış edir.

Komandanın baş məşqçisi isə Kataloniya klubunun daha bir sabiq oyunçusu Xavyer Maskeranodur.

Bənzər xəbərlər