37 yaşlı məşhur hücumçu ilə yeni müqavilə
İngiltərə Premyer Liqasına vəsiqə qazanan “Lester” klubu futbolçusu Ceymi Vardi ilə müqavilənin müddətini uzada bilər.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib.
37 yaşlı hücumçu sözləşməsini 2025-ci ilin yayınadək artırmağa yaxındır.
Qeyd edək ki, Vardi cari mövsüm 37 oyunda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.