featured-image-24537

Xorvatiya millisinin baş məşqçisi Zlatan Daliç Avro-2024-ün seçmə mərhələsinin qarşıdakı iki oyunu üçün yığmanın heyətini açıqlayıb.

Msport.az xəbər verir ki, o, 37 yaşlı Luka Modriçə də dəvət göndərib.

“Real”ın futbolçusu Qətərdə keçirilən dünya çempionatında millinin kapitanı idi.

Xorvatiya seçməsi martın 25-də Uels yığmasını qəbul edəcək. Bundan üç gün sonra isə Bursada Türkiyə ilə qarşılaşacaq.
Xorvatiya son iki mundialda mükafatçılar sırasına düşüb. 2018-də Rusiyada gümüş medal qazanan xorvatlar, Qətərdəki mundialda bürünc mükafata yiyələnmişdilər.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər