featured-image-29556

Raul Albiol “Vilyarreal”la müqaviləsini daha bir illik artırıb.

Msport.az xəbər verir ki, 37 yaşlı müdafiəçi növbəti mövsümün sonuna qədər “sarılar”ın heyətində qalacaq. Albiol “Vilyarreal”la 155 rəsmi oyun keçirib. O, bu klubla 2021-ci ildə Avropa Liqasını qazanıb.

Qeyd edək ki, Raul daha əvvəl “Real Madrid”, “Napoli”, “Xetafe” və “Valensiya”da da çıxış edib.

Royal Türksoy

Bənzər xəbərlər