featured-image-37125

“Burada olmaqdan çox şadam”.

Msport.az xəbər verir ki, bu sözlər “Sabah”ın yeni transferi İshak Belfodilə məxsusdu.

Dünən Bakı klubu ilə müqavilə imzalayan Əlcəzair millisinin hücumçusu debüt oyunu üçün səbirsizləndiyini bildirib: “Yeni klubumda ilk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. “Sabah” gənc klubdu. Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdı”.

31 yaşlı forvard yeni komandasında xoş qarşılandığını vurğulayıb: “Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. İnşallah, mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək”.

Qeyd edək ki, İshak Belfodil “Sabah”la 2+1 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər