Murad oynadı, "Pafos" inamlı qələbə qazandı
Kipr çempionatında 9-cu turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” öz meydanında “Omoniya” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Murad 59-cu dəqiqədə, komandasının bütün qolları vurulduqdan sonra meydana daxil olub.
“Pafos” 16 xalla turnir cədvəlində 6-cı yeri tutur.







