Maykl Kerrik mümkün istefası ilə bağlı sualı cavablandırıb
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik “istefa verməyə hazırlaşırmı” sualını cavablandırıb.
Msport.az xəbər verir ki, qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 10-cu turunda öz meydanlarında “Aston Villa” ilə heç-heçə ediblər – 4:4.
10 turdan sonra hesabında 8 xal olan “Mançester Yunayted” turnir cədvəlində 18-ci yeri tutur. Komanda ardıcıl 8 oyundur ki, qəlib gələ bilmir.
-Siz bunu doğru qərar bilsəniz, klubdan gedəcəksiniz?
-Yox, bu baş verməyəcək.
-Siz gələcəyinizlə bağlı klub rəhbərliyi ilə danışacağınızı gözləyirsiniz?
-Doğrudan?
-Təxmin etmək olar ki, hə.
-Siz belə fikirləşirsiniz?
-Bəs siz nə fikirləşirsiniz, Maykl?
-Bunu siz mənə deyirsiniz. Özünüz nə fikirləşirsiniz?
-Bəs sizdən soruşuram, Maykl. Necə düşünürsünüz, nə baş verəcək?
-Siz vəziyyəti bilirsiniz, biz bir çox matçda qalib gəlməmişik. Lakin mən ümid edirəm ki, başladığım işi davam etdirəcəm, bu gün göstərdiyimiz yaxşı şeyləri qoruyub saxlayıb, bəzi səhvləri aradan qaldırıb qələbə qazanmağa başlayacağıq.







