featured-image-84623

Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmaya dəvət olunmasından danışıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında 26 yaşlı yarımmüdafiəçinin milliyə çağırılmasının səbəblərini açıqlayıb.

 

“Bütün məşqçilər korpusumuzla birlikdə çoxlu futbolçunu, o cümlədən xaricdə çıxış edənləri izləyirik. Kaşuk öz çempionatında çox yaxşı çıxış edir. Tsyqankov və Zubkovun yoxluğu səbəbindən həmin mövqedə müəyyən çətinliklərimiz yaranıb. Buna görə də ona şans vermək istədik.

Kaşukla danışmışam, son dərəcə motivasiyalıdır. Ümid edirik ki, o, hamımızı təəccübləndirəcək”.

Qeyd edək ki, “Qarabağ”ın 26 yaşlı futbolçusu  Ukraynanın əsas millisinə dəvət alıb. O, UEFA Millətlər Liqasında Şimali İrlandiya (14 noyabr) və Gürcüstanla (17 noyabr) matçlar üçün yığmaya çağırılıb.

Bənzər xəbərlər