featured-image-37902

Altı ölkədə (İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina, Paraqvay) və müvafiq olaraq üç qitədə keçiriləcək 2030-cu ildə futbol üzrə dünya çempionatının oyunlarının necə paylanacağı məlum olub.

Msport.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

İlk 3 matç Cənubi Amerikada – Uruqvay, Argentina və Paraqvayda olacaq. İspaniyada 11, Portuqaliyada 3, Mərakeşdə isə yalnız 1 stadionda turnirin oyunları keçiriləcək.

Qeyd olunur ki, Mərakeş Kral Futbol Federasiyası bu bölgüdən narazı qalıb və daha çox oyunun təşkilini istəyir.

İspaniyada 2030-cu il dünya çempionatının oyunları Madriddəki “Santiaqo Bernabeu” arenasında və “Metropolitano” stadionunda, Barselonadakı “Kamp Nou” və Sevilyadakı “La Cartuya” stadionlarında keçiriləcək.

Daha əvvəl FİFA prezidenti Canni İnfantino dünya çempionatının altı ölkədə keçirilməsi barədə qərardan danışıb .

Bənzər xəbərlər