featured-image-54185

Çin Futbol Assosiasiyası danışılmış oyunlar və qumar oyunları ilə bağlı araşdırmadan sonra 38 futbolçu və 5 klub rəsmisini ömürlük futboldan uzaqlaşdırıb.

Msport.az xəbər verir ki, iki il ərzində 41 futbol klubunun iştirak etdiyi 120 oyun araşdırılıb.

Nəticədə Çin millisinin üç sabiq üzvü – Jin Jinqdao, Quo Tianyu və Qu Çao, həmçinin cənubi koreyalı Song Jun Ho ömürlük diskvalifikasiya olunub.

Qeyd edək ki, avqustda Çin Futbol Assosiasiyasının sabiq vitse-prezidenti rüşvət aldığı üçün 11 il, yarışlar departamentinin keçmiş direktoru isə eyni cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər xəbərlər