featured-image-33172

Eşli Yanq karyerasını azad agent kimi “Everton”da davam etdirəcək. Msport.az xəbər verir ki, 38 yaşlı futbolçu İngiltərə klubunda tibbi müayinədən keçdikdən sonra bir illik müqaviləyə imza atacaq.

Təcrübəli müdafiəçini İngiltərə Premyer Liqasının debütantı “Luton” da öz heyətində görmək istəyirdi.

Onun son klubu iyunda ayrıldığı “Aston Villa” olub. Yanq əvəllər “İnter”, “Mançester Yunayted” və “Uotford” kimi klublarda çıxış edib.

ANAR 

Bənzər xəbərlər