featured-image-25585

“Tottenhem”in hücumçusu Rişarlison İngiltərə Premyer Liqasının 28-ci turunun “Sautqempton”la oyununda ağır zədə alıb.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu 4-cü dəqiqədə meydanı göz yaşları içərisində tərk edib.

Onun əvəzinə Deyan Kuluşevski oyuna daxil olub. Rişarlison bir müddət əvvəl “Tottenhem”də debüt mövsümünün uğurlu alınmadığından gileylənmişdi. Həmçinin baş məşqçi Antoni Kontenin onu start heyətində oynatmamasından narazılıq etmişdi.

25 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 18 matçda bir qol belə vura bilməyib, 3 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər