featured-image-24645

“Yuventus”un A Seriyasının 25-ci turunda “Roma”ya qarşı keçirdiyi səfər oyununda meydana çıxdıqdan cəmi 40 saniyə sonra qırmızı vərəqə alaraq meydandan qovulan futbolçusu Moyze Kinin cəzası bəlli olub.

Msport.az xəbər verir ki, 23 yaşlı hücumçu bu hərəkətinə görə klub tərəfindən 25 min avro cərimə olunub.

Üstəlik o, növbəti turda “Sampdoriya”ya qarşı səfər oyununda komanasına kömək edə bilməyəck.

Xatırladaq ki, Moyze Kin “Roma”ya 0:1 hesabıyla uduzduqları oyunun 89-cu dəqiqəsində meydana buraxılmış, cəmi 40 saniyə sonra isə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Moyze bu mövsüm 30 rəsmi qarşılaşmada iştirak edib və 7 qola imza atıb.

Bənzər xəbərlər