40 yaşlı İbrahimoviç milliyə çağırıldı
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə oyunları üçün İsveç millisinə çağırılıb.
Msport.az xəbər verir ki, İsveç yığması martın 24-də yarımfinalda öz meydanında Çexiyanı qəbul edəcək. Skandinaviyalılar qalib gələcəyi halda, finalda Polşa ilə qarşılaşacaqlar.
İbrahimoviç DÇ-2018 və AÇ-2020-də iştirak etməyib. İbra DÇ-2022-nin seçmə mərhələsində 4 oyunda meydana çıxaraq, 2 məhsuldar ötürmə verib.
40 yaşlı forvard cari mövsümdə “Milan”ın heyətində A seriyasında 17 oyunda 8 qol vurub.