"Hər şey əla alındı" - Entoni Qordon
“Barselona” futbolçusu Entoni Qordon Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Sabah”a qarşı keçirilən oyundan (4:1) sonra və fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, İngiltərə millisinin üzvü matçdan razı qaldığını deyib. Qeyd edək ki, Qordon Bakı Olimpiya Stadionunda dubl edib:
“Burada işlərim həqiqətən çox yaxşı gedir. “Sabah”a qarşı əla oyun nümayiş etdirdik. İki qol vurdum və buna görə çox şadam. Lakin ən vacibi komandanın nəticəsidir. Düşünürəm ki, çox yaxşı oynayırıq. Əvvəllər də qeyd etdiyim kimi, bu cür uzun məsafəli səfərlər heç də asan deyil. Azərbaycan gözəl ölkədir və burada yenidən olduğum üçün çox şadam. Ümumilikdə, çox yaxşı oyun sərgilədik, hər şey əla alındı”.







