41 yaşlı qapıçı İtaliya klubunda
İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Pepe Reina bu ildən A seriyasında çıxış edəcək.
Msport.az xəbər verir ki, 41 yaşlı qolkiper 2025-ci ilin iyununa kimi İtaliyanın “Komo” klubu ilə müqavilə imzalayıb.
Reinanın milli komandadan keçmiş komanda yoldaşı Sesk Fabreqas “Komo”nun baş məşçisidir. Onun rəhbərliyi altında klub B seriyasında ikinci yeri tutaraq A seriyasına yüksəlib.
Qeyd edək ki, Reinanın son klubu İspaniya “Vilyarreal”ı olub.