44 ildən sonra ilk dəfə
AVRO-2024-ün final oyunu İspaniya və İngiltərə yığmalarının tilsimi qırmaları ilə yadda qalıb.
Msport.az xəbər verir ki, hər iki komanda qol vurmaqla bunu bacarıb.
Əvvəlcə 47-ci dəqiqədə Lamin Yamalın ötürməsini Niko Uilyams dəqiq yerinə yetirib. 73-cü dəqiqədə isə Cud Bellinqemin assistini Koul Palmer qola çevirib. Bu, komandaların 1980-ci ildən bəri böyük turnirlərdə bir-birilərinin qapısından keçirdiyi ilk qol olub. Komandalar DÇ-1982 və AVRO-1996-da üz-üzə gəliblər. Həmin qarşılaşmalarda qolsuz heç-heçə qeydə alınmışdı. Bununla da İspaniya 44 illik tilsimi qırıb.
Qeyd edək ki, İspaniya yığması 2:1 hesablı qələbə qazanaraq, 4-cü dəfə Avropa çempionu olub.