45 yaşlı Buffona 2 illik müqavilə təklif olunub
Canluici Buffona da Səudiyyə Ərəbistanından dəvət gəlib. Msport.az xəbər verir ki, bu barədə insaydr Nikolo Skira məlumat yayıb.
45 yaşlı əfsanəvi qapıçıya Səudiyyə Ərəbistanı komandalarından biri mövsümü 15 milyon avroya iki illik müqavilə təklif edib.
Mənbənin sözlərinə görə, “Parma”nın qolkiperi düşünmək üçün vaxt istəyib.
Buffonun B seriyasında çıxış edən “Parma” ilə müqaviləsi 2024-cü ilin iyununa kimidir.
ANAR







