Ramosla yeni müqavilə
İspaniyanın “Sevilya” klubu futbolçusu Serxio Ramosla müqavilənin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi La Liqa təmsilçisi ilə yeni razılaşma əldə edib.
Ötən yayda PSJ-dən ayrılan Ramos “Sevilya” ilə 1 illik müqavilə imzalamışdı. Təcrübəli futbolçu doğma komandası ilə daha 1 mövsüm əməkdaşlıq edəcək.
O, hazırki mövsümdə 20 oyunda meydana çıxıb. 3 dəfə fərqlənən Ramos 6 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 38 yaşlı müdafiəçi dünən “Xetafe” ilə matçda yeganə qolun müəllifi olub. “Sevilya” 31 xalla 14-cü pillədə qərarlaşıb.