featured-image-30481

“Mançester Siti” İngiltərə Premyer Liqasının 32-ci turundan təxirə salınmış oyunda “Brayton”la heç-heçə edib – 1:1. Msport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola matçı dəyərləndirib:

“Yaxşı oyun oldu. “Brayton”u Avropa Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Onlar 100 faiz göstərdikləri oyunla buna layiq idilər.

Bizə gəlincə, 48 saat əvvəl Mançesterdəki bütün alkoqolu içib qutardıqdan sonra belə oyun göstərmək qənaətbəxş idi. “Mançester Siti”nin futbolçuları göstərdilər ki, nəyə görə çempion olublar”.

ANAR 

Bənzər xəbərlər