featured-image-71445

“Real”ın futbolçusu Cud Bellinqem Çempionlar Liqasında yeni uğura imza atıb.

Msport.az xəbər verir ki, o, bunu Liqa mərhələsinin IV turunda “Liverpul”la matçda iştirak etməklə bacarıb.

Nəticədə Bellinqemin ÇL-də çıxdığı görüşlərin sayı 50-yə yüksəlib. Bununla da 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu adını qazanıb.

Qeyd edək ki, ingiltərəli oyunçu 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.

Bənzər xəbərlər