featured-image-55058

Yaqo Aspas “Selta”nın heyətində 500-cü oyununu keçirib.

Msport.az xəbər verir ki, 37 yaşlı hücumçu La Liqanın VII turunda “Atletiko” ilə ev oyununda bunu reallaşdırıb.

Aspas güclü rəqibi ilə görüşə start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Qarşılaşma madridlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspan futbolçu “Selta”nın heyətində 533 oyun keçirən Manolodan sonra 2-ci yerdədi.

Qeyd edək ki, Yaqo Aspas 2015-ci ildən “Selta”nın formasını geyinir. O, daha əvvəl 2006-2013-cü illərdə də bu komandada oynayıb.

Bənzər xəbərlər