“Barselona”nın futbolçusu başqa kluba keçə bilər
“Barselona”nın futbolçusu Jerar Martin İspaniyanın başqa klubuna keçə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, Martinlə “Betis” yaxından maraqlanır. Kataloniya təmsilçisi futbolçunun mümkün satışını müzakirə etməyə hazırdı. Çünki Jerar “Barsa”da heyətə düşməkdə çətinlik çəkir.
Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2025-ci il iyunun 30-dəkdi.