featured-image-65565

“Atletiko”nun qapıçısı Yan Oblak “Samora” mükafatını qazanıb.

Msport.az xəbər verir ki, sloveniyalı qolkiper rekord sayda – altıncı dəfə bu titula yiyələnib.

Bu mövsüm o, 36 oyunda cəmi 30 qol buraxıb ki, bu da orta hesabla matça 0,833 qol deməkdir. Altı “Samora” mükafatı ilə Oblak “Barselona”nın sabiq qapıçısı Viktor Valdesi (2005–2012-ci illər arası 5 dəfə qalib olmuşdu) və 1950-ci illərdə eyni uğura imza atan Antoni Ramaletsi geridə qoyaraq, La Liqa tarixində bu mükafatı ən çox qazanan qapıçı olub.

Qeyd edək ki, bu mükafat “Marca” nəşri tərəfindən ispan qapıçı Rikardo Samoranın şərəfinə təsis edilib və mövsüm ərzində La Liqada orta hesabla ən az qol buraxan qapıçıya verilir.

Bənzər xəbərlər