60 ildən sonra Benzema buna nail oldu!
Kərim Benzema Ferents Puşkaşdan sonra “Kamp Nou”da het-trik etmiş “Real”ın ikinci futbolçusu olub. Msport.az xəbər verir ki, fransalı hücumçu İspaniya kubokunun yarımfinal matçında səfərdə “Barselona”nın qapısına 3 top vurub.
Son dəfə macarıstanlı Puşkaş 1963-cü ildə “Barsa”nın meydanında 3 dəfə fərqlənmişdi.
Qeyd edək ki, səfərdə 4:0 hesabı ilə qələbə qazanan Madrid klubu finala vəsiqə qazanıb. Karlo Ançelottinin komandası həlledici görüşdə “Osasuna” ilə üz-üzə gələcək.
ANAR ABDULLAYEV







