featured-image-39348

Almaniya Bundesliqasında 60 illik rekord qırılıb.

Msport.az xəbər verir ki, buna “Bavariya”nın futbolçusu Harri Keyn nail olub.

30 yaşlı hücumçu Dortmund “Borussiya”sına 4:0 hesabı ilə qalib gəldikləri X turun matçında het-trik etməklə çempionatdakı qollarının sayını 15-ə çatdırıb.

Beləliklə, ingiltərəli forvard 1963/1964 mövsümündə “Şalke 04″ün heyətində 10 qarşılaşmada 13 dəfə fərqlənən Klaus Matişakı geridə qoyub.

Bənzər xəbərlər