Avropa İttifaqı məşhur futbolçunun keçmiş xanımına sanksiya tətbiq edib
Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin keçmiş həyat yoldaşı, məşhur teleaparıcı Yuliya Baranovskaya Avropa İttifaqının sanksiya siyahısına salınıb.
Msport.az xəbər verir ki, bu gün səhər saatlarında Rusiyaya qarşı 16-cı sanksiya paketi elan edilib. Buraya 48 fiziki və 35 hüquqi şəxs salınıb. Onların arasında Baranovskaya da var.
Qeyd edək ki, Arşavin 2004-2013-cü illərdə Baranovskaya ilə evli olub.