featured-image-26091

“Çelsi”nin yarımüdafiəçisi Nqolo Kante uzun müddət zədədən sonra ilk dəfə meydana çıxıb. Msport.az xəbər verir ki, Fransa millisinin üzvü “Çarlton”la yoxlama oyununda (3:0) 60 dəqiqə forma geyinib.

31 yaşlı futbolçu sonuncu dəfə ötən ilin avqustunda oynamışdı. Onun “Çelsi” ilə müqaviləsi yayda başa çatır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər