"70 avro? Biz hələ də Neymar deyilik" - "Bayern" azarkeşləri biletlərin qiymətinə etiraz etdilər
“Bayern Münhen” azarkeşləri PSJ ilə səfər qarşılaşmasında biletlərin qiymətinin baha olmasına etiraz ediblər.
Msport.az xəbər verir ki, 2017-ci ilin payızında Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində Parisdə PSJ ilə oynayanda fanatlar “Biletə 75 avro? Biz Neymar deyilik. Qiymətlər münasib olmalıdır” pankartı asmışdılar.
Hadisənin üstündən 5 il keçdikdən sonra “Bayern Münhen” tərəfdarları yenə “Park de Prens”də biletlərin bahalığına etiraz ediblər. ÇL-in 1\8 final mərhələsinin ilk matçında qonaq azarkeşlər baner qaldırıblar. Bu dəfə onlar “70 avro? Biz hələ də Neymar deyilik. 20 avro kifayətdir. Cəhənnəm olsun PSJ” yazıblar.
ANAR ABDULLAYEV







