8 ildən sonra “Liverpul”dan ayrılır
“Liverpul”un hücumçusu Roberto Firmino mövsümün sonunda komandanı tərk edəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Onun sözlərinə görə, braziliyalı futbolçu yekun qərar verib. O, artıq komandanın baş məşqçisi Yurgen Kloppu da xəbərdar edib. Almaniyalı mütəxəssislə forvardın danışıqları müsbət formada keçib. Firmino “Liverpul”la müqaviləsini uzatmayacaq və yayda klubu azad agent kimi tərk edəcək.
31 yaşlı oyunçu 2015-ci ildən İngiltərə klubunda forma geyinir. O, “qırmızılar”ın heyətində 352 oyunda 107 qol vurub və 78 məhsuldar ötürmə verib. Firmino “Liverpul”da 2019-cu ildə Çempionlar Liqasını qazanıb, bundan bir il sonra isə Premyer Liqanın qalibi olub.
ANAR ABDULLAYEV