80 milyonluq tələb
“Leypsiq”in yarımmüdafiəçisi Xavi Simons “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı futbolçunun çıxışını izləməkdə davam edir.
İngiltərə nəhəngi tezliklə almanlarla danışıqlara başlayacaq. “Leypsiq” bu transferdən 80 milyon avro qazanc götürməyi planlaşdırır.
Qeyd edək ki, “Leypsiq” Simonsu yanvarda PSJ-dən 50 milyon avroya alıb.