9-cu dəfə 100 qola çatdı – “Barselona”
“Barselona” İspaniya La Liqasının bir mövsümündə 100 qol həddini keçib.
Msport.az xəbər verir ki, Hansi Flikin yetirmələri ölkə çempionatının 38-ci turunda səfərdə “Atletik”i 3:0 hesabı ilə məğlub edib.
Kataloniya klubu başa çatan mövsümdə La Liqada aktivinə 102 qol yazdırıb. Komanda tarixində 9-cu dəfədir ki, çempionatda 100 və ya daha çox qol vurmağa nail olub. Bundan əvvəl bu nəticəni aşağıdakı mövsümlərdə əldə etmişdi:
1996/97 (102 qol)
2008/09 (105 qol)
2011/12 (114 qol)
2012/13 (115 qol)
2013/14 (100 qol)
2014/15 (110 qol)
2015/16 (112 qol)
2016/17 (116 qol)
Qeyd edək ki, “Real”ın da La Liqa tarixində 100 və ya daha çox qol vurduğu 9 mövsümü var.