featured-image-65547

“Union” 2024-25 mövsümünün yekunlarına əsasən Belçika çempionu olub.

Msport.az xəbər verir ki, Brüssel klubu son olaraq evdə “Gent”i 3:1 hesabı ilə məğlub edərək birinci yeri təmin edib.

“Union” bununla 1935-ci ildən sonra ilk dəfə Belçika çempionu titulunu qazanıb. Yəni komanda 90 illik həsrətə son qoyub. 2021-ci ildə klub ölkə çempionatının ikinci liqasinda çıxış edirdi.

Tarixində 12-ci dəfə çempion olan “Union” ötən mövsüm gümüş medallar əldə etmişdi.

Bənzər xəbərlər