96 ildən sonra
İspaniya yığması Millətlər Liqasının A liqasının 1-ci qrupunda Serbiyanı 3:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, “Real”, “Barselona” və “Atletiko”dan heç bir futbolçu ispanların start heyətində olmayıb.
Bu, millinin 104 illik tarixində dördüncü belə haldı. Komanda 1928-ci il Olimpiadasındakı 3 matçda nəhənglərin oyunçuları olmadan iştirak edib. Bununla “buğalar” 96 ildən sonra ilk dəfə “Real”, “Barselona” və “Atletiko”nun futbolçusu olmadan meydana çıxıb.
Qeyd edək ki, ilk 4 turda 10 xal toplayan İspaniya yığması qrupa başçılıq edir.