featured-image-61725

İtaliyanın “Parma” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu posta Kristian Kivu təyin olunub.

Rumıniyalı mütəxəssis A Seriyası komandasında Fabio Pekkyanı əvəzləyib. Bu dəyişikliyə səbəb komandanın uğursuz nəticələr göstərməsidir. Belə ki, “Parma” 25 turdan sonra A Seriyasında 20 xalla 18-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Kristian Kivu bu ilə qədər “İnter”in aşağı yaş qrupu üzrə komandalarında çalışıb.

Bənzər xəbərlər