featured-image-67173

“Roma” qapıçısı Mile Svilar ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verrir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı serbiyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Qolkiper 2024-25 mövsümündə A Seriyasında 16 matçda qapısını toxunulmaz saxlayıb. “Canavarlar” 2025-ci ildə 11 qarşılaşmada qol buraxmayıb, bu da Avropanın Top-5 çempionatında ən yüksək göstəricidir. Mile Svilar isə mövsümün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, 2022-ci ildən “Roma”da çıxış edən oyunçu ümumilikdə 88 görüşdə meydanda olub.

Bənzər xəbərlər