featured-image-52946

“Atalanta” İtaliya A seriyasına qələbə ilə start verib.

Msport.az xəbər verir ki, Berqamo təmsilçisi 1-ci turda “Leççe”ni 4:0 hesabı ilə darmadağın edib.

Bununla da Can Pyero Qasperininin “Atalanta”nın baş məşqçisi postunda topladığı xal sayı 550-ni keçib. Berqamolular artıq onun rəhbərliyi altında 552 xal yığıb.

Qasperini eyni klubdakı xal sayında A seriyasının 5-cisidir. Covanni Trapattoni “Yuventus”la 770 xal toplayıb. Massimiliano Alleqri eyni klubda 663, Karlo Ançelotti “Milan”da, Elenio Errera “İnter”də hərəyə 557 xala sevinib.

Qeyd edək ki, Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır.

Bənzər xəbərlər