A Seriyasında komanda sayı dəyişir?
“Yuventus”, “Milan” və “İnter” A Seriyasında komanda sayının 18-ə endirilməsini istəyirlər.
Msport.az ANSA agentliyinə istinadən xəbər verir ki, hər üç klub məsələ ilə bağlı İtaliya Futbol Federasiyasına müraciət ediblər.
Buna martın 11-də ölkə futbolunun strukturundakı dəyişikliklərə həsr olunacaq federasiyanın növbədənkənar iclasında baxıla bilər.
Qeyd edək ki, 2004-cü ildən İtaliya çempionatı 20 komandanın iştirakı ilə keçirilir. 1988/1989 mövsümündən həmin vaxtadək A Seriyasında 18 klub mübarizə aparıb.