A Seriyasının bombardiri Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
“Atalanta”nın hücumçu Mateo Retegi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Msport.az xəbər verir ki, A Seriyasının bombardiri “Əl-Qadsiah”a keçib.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Atalanta” bu transferdən 65 milyon avro qazanıb.
Qeyd edək ki, Retegi İtaliya çempionatında 36 oyunda 25 dəfə fərqlənərək, ən sərrast futbolçu olub.