featured-image-48582

İtaliya A seriyasında 2023\2024-cü illər mövsümünün ən yaxşı qapıçısı məlum olub. Msport.az xəbər verir ki, “Montsa”nın qolkiperi Mikele Di Qriqorio çempionatın ən yaxşısı seçilib.

26 yaşlı futbolçu cari mövsümdə A seriyasında 34 oyun keçirib. O, 14 matçda qapısının toxunulmazlığını qoruya bilib.

De Qreqorio “Montsa”ya 2022-ci ilin iyulunda “İnter”dən keçmişdi.

“Montsa” çempionatın başa çatmasına bir tur qalmış 45 xalla 12-ci yeri tutur.

Bənzər xəbərlər