featured-image-25069

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Msport.az xəbər verir ki, 22 yaşlı vinger ötən ay meydana çıxdığı 4 oyunda 3 qol vurub.

Kvaratsxeliya bu mövsüm ikinci dəfədir A Seriyasında ayın ən yaxşı futbolçusu seçilir. O, avqust ayının da ən yaxşısı elan edilmişdi.

Fevral ayının ən yaxşı məşqçisi isə “Bolonya”nı çalışdıran Tyaqo Motta olub. Onun komandası ötən ay keçirdiyi dörd oyundan üçündə qalib gəlib.

Bənzər xəbərlər