featured-image-49180

ABŞ-ın “Los Anceles Qalaksi” klubu “Barselona”nın hücumçusu Robert Levandovskinin potensial transferi üzərində işlərə başlayıb.

Msport.az “AS” nəşrinə istinadən xəbər verir ki, uzun müddətdir “Borussiya”nın(Dortmund)  sabiq yarımmüdafiəçisi Marko Roysun transferi üzərində işləyən amerikalılar indi də Levandovski üçün hərəkətə keçib.

ABŞ klubunun rəsmiləri hesab edir ki, Roysun komandada olması polşalı hücumçunun bura gəlmək şansını artıracaq. Çünki onlar “Borussiya”da oynayandan bəri yaxşı dostdurlar.

Levandovskinin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Polyak ötən mövsüm bütün yarışlarda 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər