ABŞ millisinin üzvü “Valensiya”dan ayrılacaq
“Valensiya”nın yarımmüdafiəçisi Yunus Musa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Valensiya” rəhbərliyi futbolçu ilə müqaviləni uzatmağa çalışsa da, bunun reallaşma şansı çox azdır.
Klubun maliyyə imkanları yaxşı olmadığından 20 yaşlı oyunçunu saxlamaq çətin olacaq.
Yunus özü də karyerasını başqa klubda davam etdirmək istəyir. Avropanın bir neçə top-klubu futbolçunun xidmətlərində maraqlıdır.
Qətərdəki dünya çempionatından sonra Musa “Atletiko”, Dortmund “Borussiya”sı, “Volfsburq” kimi klublardan dəvət alıb.
Bundan başqa, İngiltərə Premyer Liqası klubları da ABŞ millisinin üzvü ilə maraqlanır.







