featured-image-26343

Avropa çempionatının seçmə mərhələsində ikinci tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma keçirilib.

A qrupunda Gürcüstan yığması Norveçi qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Digər matçda İspaniya millisi gözlənilmədən səfərdə Şotlandiya 0:2 hesabı ilə uduzub.

D qrupunda Türkiyə millisi evdə Xorvatiya ilə bacarmayıb – 0:2. Qrupun digər oyununda isə Uels Latviyanı minimal hesabla məğlub edib.

İ qrupunda Kosovo Andorranın müqavimətini qıra bilməyib. Rumıniya evdə Belarusu 2:1, İsveçrə isə İsraili 3:0 hesabı ilə üstələyib.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur

28 mart

20:00. Gürcüstan – Norveç – 1:1
Qollar:
 Jorj Mikautadze, 61 – Aleksander Sörlot, 15

22:45. Şotlandiya – İspaniya – 2:0
Qollar: 
Skott Maktominey, 7; 51

D qrupu

22:45. Türkiyə – Xorvatiya – 0:2
Qollar:
Mateo Kovaçiç, 20; 45+4

22:45. Uels – Latviya – 1:0
Qol:
Kiffer Mur, 41

I qrupu

22:45. İsveçrə – İsrail – 3:0
Qollar:
Ruben Varqas, 39. Zeki Amduni, 48. Silvan Vidmer, 52

22:45. Rumıniya – Belarus – 2:1
Qollar:
Nikolae Stançu, 17. Andrey Burke, 19 – Vladislav Morozov, 86

22:45. Kosovo – Andorra – 1:1
Qollar: 
Edon Jeqrova, 59 – Albert Rosas, 61

Bənzər xəbərlər