featured-image-25738

Frenki de Yonq zədə səbəbindən Niderland millisinin düşərgəsinə gedə bilməyəcək. Msport.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiçisi “narıncılar”ın AÇ-2024-ün qarşıdakı seçmə oyunları üçün heyətdən çıxarılıb.

25 yaşlı futbolçu “Real”la matçda (2:1) zədə alıb. Tibbi müayinədən sonra məlum olub ki, futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Niderland yığması martın 24-də Fransa, 27-də isə Cəbəllütariqlə üz-üzə gələcək.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər