AÇ-2024-ün seçmə mərhələsi: Haaland milliyə kömək edə bilməyəcək
Erlinq Haaland zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib. Msport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu “Börnli” ilə İngiltərə kubokunun oyunundan (6:0) sonra qasıq nahiyəsindən ağrılar hiss edib.
Norveç yığmasının tibbi personalı müvafiq müayinələrdən sonra futbolçunu kluba yollanmasına izn veriblər.
Haaland AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstanla matçları buraxmalı olacaq.
ANAR ABDULLAYEV